Additionally, paste this code immediately after the opening tag:

Nuri Serinlendirici mahnilar

Nuri Sərinləndirici (azərb. Nuri Vüqar Raşid oğlu‎) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi. ...

Free

Store review

Nuri Sərinləndirici (azərb. Nuri Vüqar Raşid oğlu‎) — Azərbaycan və Rusiya musiqiçisi; estrada müğənnisi.

Nuri Sərinləndirici 1979-cu il iyun ayının 29-da Azərbaycanın Naxçıvan MSSR-in Culfa rayonunda anadan olub.

Ailədə musiqiçi olmamasına baxmayaraq Nuri 5 yaşından musiqiyə böyük maraq göstərib. 7 yaşında Nuri Culfa rayon musiqi məktəbinə (qarmon sinifi) daxil olub. Musiqi məktəbini bitirdikdən sonra Culfa rayonunda gənclərdən ibarət öz musiqi kollektivini yaradıb. 1995-ci ildə Bakıya gəlib və təhsilini Bakı şəhər Yasamal rayonunun 286 saylı orta məktəbində davam etdirərək, 11-ci sinifi də elə həmin məktəbdə bitirib. Məktəbdə təhsil aldığı müddət ərzində öz musiqi kolektivini yaradıb və məktəbdə konsertlərlə çıxış etməyə başlayıb.

Orta məktəbi bitirdikdən sonra Türkiyəyə, İstanbul şəhərinə gedib və orada Yılmaz müzik dərslik evində (musiqi akademiyası) 2 il təhsil alıb. 1999-cu ildə Hərbi xidməti yerinə yetirmək üçün vətənə qayıdıb. Hərbi orkestrdə qulluq edib. 2001-ci ildə hərbi xidmətini başa vurub.[1]

2002-ci ildən Rusiya Federasiyasına gedən Nuri, hal-hazırda da Moskva şəhərində yaşayır və özünün rəhbərlik etdiyi musiqi kolektivi var.

Müğənni rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını duet ortağı Jane Şirokihlə birgə ifa edib.

Heyatima xos geldin & Jane
Kolge & Jane
Beyaz gulum
Bibi
Birtanem
Darixdim
Duygularim
Esq delisi
Etiraf
Gunahkar
Heyatimin qadini
Menim ucun yasa
Ne edim
Ole bilerem
Oyna-oyna
Sagdan soldan
Serxos
Shiki-shiki
Yandirdi
Yar-yar & Ellai
Yox-yox

Last update

Jan. 3, 2020

Read more